Logo

DİM: "626 abituriyent buraxılış imtahanına gəlməyib, 16 nəfərin nəticəsi ləğv olunub"

12.04.2022 19:26 457 baxış
IMG

12-13 mart tarixlərində XI siniflərin buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 46115 nəfərdən 626 nəfər imtahana gəlməyib.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki,  tələb olunan imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 3 nəfər – Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin, Mingəçevir şəhəri Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin, Bakı şəhəri 245 saylı orta məktəbin məzunları 297.5 bal toplayıb.

Xəbər lenti