Logo

BDU-da millət vəkili Ceyhun Məmmədovla görüş keçirilib

12.04.2022 16:52 332 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) BDU və ASAN könüllülərinin birgə təşkilatçılığı ilə millət vəkili Ceyhun Məmmədovla görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüşdə millət vəkili gənclərin vətənpərvərlik ruhunda yetişməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, gənclərə öz tövsiyələrini verib. Qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz Aprel döyüşlərində layiqli qələbə qazanıb və düşmən təxribatının qarşısını rəşadətlə alıb. Natiq həmçinin uğurlu əks-hücum nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın və vacib yüksəkliklərin işğalçılardan azad edilməsindən bəhs edib. Millət vəkili Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbəmizin təməli olduğunu və xalqın vətənpərvərlik ruhunu alovlandırdığını deyib.

Daha sonra  könüllülərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbər lenti