Logo

Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə azad olunur

12.04.2022 15:34 347 baxış
IMG

Ukraynada Rusiya hərbçilərinin girov götürdüyü azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunur.

"Tehsil.biz"in xəbərinə görə, bu barədə "Report"un Muğan bürosuna onun atası Amil Abdullayev məlumat verib.

O bildirib ki, Hüseynin Azərbaycanın diaspor nümayəndələrinə təhvil vermələri barədə Rusiya hərbçiləri ilə razılıq əldə olunub:

Hazırda oğlumun təhvil verilməsi ilə bağlı hazırlıqlara başlanılıb. Oğlum girov saxlanıldığı ərazidən çıxarılaraq 130 kilometrlik məsafədə yerləşən Zaporojye şəhərində Azərbaycan diaspor nümayəndələrinə təhvil veriləcək".

Qeyd edək ki, Neftçala rayon sakini H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən girov götürülmüşdü.

Xəbər lenti