Logo

Təhsil İnstitutu redaktor müsabiqəsi elan edib

12.04.2022 13:13 411 baxış
IMG

Təhsil İnstitutunun Təhsil resursları mərkəzi rus dilində riyaziyyat fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait) redaktə işlərinə müsabiqə elan edir.

İnstitutdan bildirilib ki, namizədin rus dilində geniş mütaliəsi, riyazi təhsili və redaktə təcrübəsi olmalıdır. Namizədlər, həmçinin kompüter və İKT-dən istifadə bacarıqları, pedaqoji təcrübə və fənn kurikulumu ilə tanışlıq kimi tələblərə cavab verməlidirlər.

Müsabiqədə iştirak etmək arzusunda olan və tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] ünvanına “Redaktor” başlığı altında göndərmələri xahiş olunur.

Xəbər lenti