Logo

Millət vəkili Güney Azərbaycanlıları Universitetinin yaradılmasını TƏKLİF ETDİ

12.04.2022 11:25 375 baxış
IMG

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Güney Azərbaycanlıları Universitetinin yaradılmasını təklif edib.

“Tehsil.biz"in məlumatına görə, deputat qeyd edib ki, Azərbaycanda “Təhsil” haqqında qanunda xaricdə yaşayan azərbaycanlılara güzəşt nəzərdə tutulur:

“Buna baxmayaraq, bir nəfər olsun xaricdə yaşayan soydaşımız Azərbaycanda dövlət hesabına təhsil almır. Onlar ödəniş qarşılığında təhsil almalıdır. Lakin təhsil haqları olduqca yüksəkdir. Mən dünya azərbaycanlılarının təhsil alması üçün Azərbaycanda Dünya Azərbaycanlıları və Güney Azərbaycanlıları Universitetinin yaradılmasını təklif edirəm”.

Xəbər lenti