Logo

“Məktəbdə...” layihəsi çərcivəsində ilk görüş

12.04.2022 11:10 337 baxış
IMG

“Məktəbdə...” layihəsi çərçivəsində ilk görüş aprelin 13-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin ilk qonağı texnika elmləri doktoru, professor,  AMEA-nın müxbir üzvü, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının rəhbəri Rafiq Əliyevdir.  

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında və həyatımızdakı rolu, yeniyetmələrdə müstəqil qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.  

Görüşü, həmçinin Baku TV və MediaTürk TV onlayn televiziyaları da işıqlandıracaq. 

Xəbər lenti