Logo

BDU-da tədbir: İnformasiya müharibəsində Azərbaycan gənclərinin rolu

12.04.2022 10:26 289 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “İnformasiya müharibəsində Azərbaycan gənclərinin rolu” mövzusunda onlayn tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə  BDU-dan məlumat verilib. Bildirilib ki, fakültənin TGT sədri Röya Abbasova müasir dünyada informasiya müharibəsinin aktuallığından, ölkəmizdə bu sahədə əldə olunan uğurlardan danışıb. Qeyd olunub ki, erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir.

Sonra fakültə TGT-nin sədr müavini Toğrul Məlikzadənin mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri müstəsna rol oynayıblar.

Mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Xəbər lenti