Logo

Siyəzəndə 9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqlayıb

12.04.2022 09:34 532 baxış
IMG

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

“Tehsil.biz”in məlumatına görə, hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb. //Qafqazinfo.az

Xəbər lenti