Logo

BDU-da "Əqli mülkiyyət hüququnun əsasları" mövzusunda təlim keçirilib

11.04.2022 21:36 330 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü və hüquqşünas Fəxriyyə Rəsulzadənin təlimçiliyi ilə "Əqli mülkiyyət hüququnun əsasları" adlı təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimçi ilk növbədə əqli mülkiyyətin yaranma tarixi, xüsusiyyətləri, onun haqqında nəzəriyyə və yanaşmalara dair məlumat verib. Təlimdə Azərbaycanın bu sahədəki qanunvericilik bazası təhlil olunub, əqli mülkiyyətin qorunması və piratçılığa qarşı mübarizə ilə bağlı həyata keçirilən işlər sadalanıb.

Müəllifin şəxsi qeyri-əmlak hüquqları haqqında geniş danışan təlimçi ictimai varidat, əsərdən kommersiya məqsədilə istifadə, sərbəst istifadə, patent, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəricilər, mədəni irs anlayışları haqqında tələbələrə məlumat verib.

Xəbər lenti