Logo

Britaniyalı fizioterapist ASAPES-in magistrantlarına “Hərəki fəaliyyət” modulunu tədris edib

11.04.2022 18:16 391 baxış
IMG

Böyük Britaniyanın “Health and Human Performance” Mərkəzinin idman fiziologiyası üzrə laboratoriyasının meneceri və aparıcı fizioterapisti Ceyms Peyt (James Pate) ASAPES-in magistratura təhsil səviyyəsində tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” magistr proqramının I tədris ili magistrantlarına (həkim–mütəxəssislərə) “Hərəki fəaliyyətin fiziologiyası” modulunu tədris edib. 

Bu barədə "Tehsil.biz"ə ASAPES-dən bildirilib.

Qeyd edək ki, “Hərəki fəaliyyətin fiziologiyası” modulunun tədrisi aprelin 8-dən 10-dək Akademiyanın Elmi-tədris laboratoriyasında həyata keçirilib.

Xəbər lenti