Logo

Gənc Avropa Səfirləri tərəfindən MDU-da info sessiya keçiriləcək

11.04.2022 16:21 386 baxış
IMG

Gənc Avropa Səfirləri şəbəkəsinin (Young European Ambassadors Network) təşəbbüsü ilə Avropa İttifaqının gənclər üçün təklif etdiyi təqaüdlü imkanlarla bağlı ətraflı info-sessiya keçirilir.

Azərbaycandakı Gənc Avropa Səfirləri (YEA) Avropa İttifaqının Azərbaycanla əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın real nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda  dialoqa töhfə vermək, Aİ dəyərlərini Azərbaycanda təbliğ etmək, vətəndaş fəallığının artırılmasına kömək etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

İnfo-sessiya zamanı iştirakçılar aşağıdakılar haqqında ətraflı məlumat əldə edəcəklər:
1. “Erasmus" ilə Avropada tam təqaüdlü qısa müddətli təhsil almaq; (Erasmus Student Exchange)
2. Erasmus plus vasitəsilə Avropada tam təqaüdlü qısa müddətli proqramlarda iştirak etmək (Erasmus Youth Exchange)
3. Avropa ölkələrində təqaüdlü Magistr və Bakalvr proqramları barədə məlumat
4. Yuxarıda verilən təqaüd proqramları barədə Gənc Avropa Səfirlərinin şəxsi təcrübələri
5. Gənc Avropa Səfirləri şəbəkəsinə qoşulmaq qaydaları və şəbəkənin fəaliyyəti

Dil: Azərbaycan dili

Gün: 16 Aprel 2022-ci il

Vaxt: 14:00-15:30

Yer: Mingəçevir Dövlət Universitetinin akt zalı

Xəbər lenti