Logo

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri BSU-da olublar

11.04.2022 14:04 402 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Bakı Slavyan Universitetində olublar.

Tehsil.biz xəbər verir ki, görüşdə BSU-nun tələbə ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Məlumatlandırma məqsədilə keçirilən görüşdə TTKF-in sədr müavini Bəhruz Əzimov və Fondun əməkdaşı Ağca Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları,təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir.

Qeyd edilib ki, BSU-dan payız semestri ərzində TTKF-ə 96 müraciət edilib, onlardan 60-ı rəsmiləşdirilib: 19 tələbəyə sosial, 41 tələbəyə standart kredit verilib. Yaz semestri ərzində indiyədək  51 müraciət daxil olub.

Görüşdə tələbələrin TTKF-in yaratdığı imkanlardan geniş istifadə edə bilmələri üçün BSU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş tələbə ictimai təşkilatlarının təmsilçilərinin suallarının cavablandırılması ilə başa çatıb.

Xəbər lenti