Logo

"Hər kəs kredit alan tələbələrin yüklənəcəyini düşünür, amma..." - Ekspertdən AÇIQLAMA

10.04.2022 09:10 548 baxış
IMG

"Keçən il ölkədə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Qısa müddət ərzində 2899 tələbəyə kredit verilib".

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, diqqət çəkən məqam kredit alan 1603 nəfərin xanım tələbələrin olmasıdır:

"Kredit alan oğlan tələbələrin sayı 1296-dır. Bəlkə də hər kəs kredit alan tələbələrin yüklənəcəyini düşünür, amma bu, belə deyil. Təhsil Tələbə Kreditinin şərtləri birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Belə ki, tələbə krediti aldıqdan sonra qiymətlərini yüksəltsə, ona verilən kreditin həm əsas məbləğinin, həm də faizinin 50 faizi bağışlanır". 

Fəqan Əzimli

Xəbər lenti