Logo

AzTU tələbələrinin “STDC”nin təlimlərində iştirakı üçün sonuncu imtahan keçirilib

08.04.2022 15:54 600 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC (STDC) arasında əməkdaşlıq çərçivəsində AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları və Energetika və avtomatika fakültələrinin bakalavr və magistrant tələbələrinin “STDC” MMC-nin təşkil etdiyi “Cisco CCNA v7” və "Big data” mövzuları üzrə təlimlərdə iştirakı üçün sonuncu imtahan keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahanın gedişinə AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının, Karyera və Məşğulluq Mərkəzinin, həmçinin “STDC” MMC-nin məsul şəxsləri nəzarət edib.

Qeyd edək ki, nəticələr yaxın günlərdə elan olunduqdan sonra seçilmiş namizədlər təlimlərə cəlb olunacaq.

Xəbər lenti