Logo

AƏSMA-da “ŞUŞA İLİ”nə həsr olunmuş Tələbə elmi-praktiki konfrans - FOTOLAR

08.04.2022 12:27 662 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Riyaziyyat və İnformasiya texnologiyaları” kafedrasının təşkilatçılığı ilə  08.04.2022 tarixində “ŞUŞA İLİ”nə həsr olunmuş  “Cəmiyyətdə innovativ texnologiyalar” mövzusunda 1-ci Tələbə elmi-praktiki konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, konfrans şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş nitqi ilə çıxış edən “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva cəmiyyətdə innovativ texnologiyaların əhəmiyyətindən danışaraq, Qarabağın işğaldan azad edilməsində texnologiyaların rolunu xüsusi qeyd etdi və konfransın işinə uğurlar arzulayıb.

Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavriat səviyyəsindən olan tələbələr maraqlı mövzularla çıxış ediblər.

“Riyaziyyat və İnformasiya texnologiyaları” kafedrasının müdiri tex.ü.f.d. Niyar Umarova çıxış edərək, konfransın baş tutmasına görə tələbələrə, kafedranın müəllimlərinə və Akademiyanın rəhbərliyinə öz minnətdarlığını bildirib.

Konfrans “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyevin moderatorluğu ilə baş tutub.

Sonda konfransda aktiv iştirakına görə tələbələrə sertifikat verilib.

Xəbər lenti