Logo

BDU-nun uzun illər fotoqrafı olan Salam Muxtarov vəfat edib

08.04.2022 11:27 600 baxış
IMG

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasının fotoqrafı Salam Hadı oğlu Muxtarov vəfat edib.

Tehsil.biz xəbər verir ki, o, uzun illər Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzetində fotoqraf vəzifəsində çalışıb. Salam Muxtarova 2009-cu ildə BDU-nun 90, 2015-ci ildə 95 illik, 2013-cü ildə isə özünün 60 illik yubileyi münasibətilə təşəkkür elan edilib.

O, 2015-ci ildə kütləvi informasiya vasitələrində BDU-nun həyatının dolğun işıqlandırılmasında səmərəli fəaliyyəti, Universitet və fakültə saytlarının idarə edilməsindəki xüsusi xidmətləri, Mətbuat və informasiya şöbəsinin 15 illiyi münasibətilə Fəxri fərmanla təltif edilib.

2020-ci ildən əmək fəaliyyətini BDU-nun Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında davam etdirib. 

Allah rəhmət eləsin.

Xəbər lenti