Logo

Məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb

25.12.2020 14:11 1065 baxış
IMG

2020-ci ildə icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb edilən uşaqların sayı açıqlanıb.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

 

Pandemiya dövründə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə “Mədəniyyət” kanalında “Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

Xəbər lenti