Logo

"Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları AzTU tələbələrinə təlim keçib

07.04.2022 20:15 421 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında əməkdaşlıq uğurla davam etdirilir.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində AzTU-nun tələbə və məzunları üçün "Azərbaycan Dəmir Yolları" QSC-də tələbə və məzunlar üçün iş imkanları” mövzusunda təlim keçirilib.

Təlimdə QSC-nin İnsan resursları idarəsinin İşə qəbul şöbəsinin əməkdaşları Könül Hüseynova və Elmin Əmiraslanlı işə qəbul zamanı müsahibəyə hazırlıq mərhələsi barədə ətraflı məlumat veriblər.

Sonda tələbə və məzunların sualları cavablandırılıb.

Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşlarının AzTU tələbələri üçün təlimləri davam etdiriləcək.

Xəbər lenti