Logo

DİM “ADA” Universitetinin təşkil etdiyi “Məşğulluq həftə”si layihəsində iştirak edəcək

07.04.2022 15:03 424 baxış
IMG

2022-ci il 18-27 aprel tarixlərində DİM-in Strateji inkişaf şöbəsi və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin əməkdaşları “ADA” Universitetinin dəvəti ilə universitetin nəzdində təşkil olunan “Məşğulluq həftəsində” (Employability Week) çıxışçı kimi iştirak edəcəklər.

“Məşğulluq həftəsi” müxtəlif fəaliyyət istiqamətləri üzrə tərəfdaş qurumlar tərəfindən təlimlər silsiləsi və seminarların keçirilməsi üçün nəzərdə tutulub.

Təlimlərin məqsədi karyera tendensiyaları ilə bağlı “ADA” Universitetinin 2-4-cü kurs və magistratura tələbələri arasında məlumatlılığı artırmaq və tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaq, o cümlədən spesifik fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir.

Görüşlərdə DİM, bir sıra özəl və bankların nümayəndələri tərəfindən aşağıdakı sessiyalardan ibarət təlimlər təqdim ediləcək.

  • emosional zəka və onun rolu;
  • sahə (sənayə) anlayışları;

  • müsahibə bacarıqlarının təkmilləşdirilməsi;

  • müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası;

  • sahibkarlıq və innovasiya;

  • şəxsi brendinq və rəqəmsal şəbəkə.

Xəbər lenti