Logo

"Universitetlərin sayı əhəmiyyətli dərəcədə artıb" - UNEC rektoru

06.04.2022 12:54 700 baxış
IMG

"Keçmişlə müqayisədə universitetlərin sayı əhəmiyyətli dərəcədə artıb".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektorun sözlərinə görə, universitetlərin sayının artması sanki onlara olan inamın azalması ilə müşaiyət olunur:

"Universitetlər qarşısında duran əsas vəzifələri yerinə yetirmək, o cümlədən, “yaxşı mütəxəssis tapa bilmirik” iradlarına son qoymaq üçün universitetlərə inamın bərpası da həlledici amillərdəndir. Universitet funksiyalarının cari iqtisadi və sosial məsələlərlə məhdudlaşdırılması da yanlış görünür. Eləcə də universitetlərin “məhsulu”nun, yəni məzunlarının və eləcə də “qiymətləndiricilər”in özlərinin də qiymətləndirilməsi sisteminə ehtiyac olduğunu düşünürük".

Fəqan Əzimli

Xəbər lenti