Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin əməkdaş və tələbələri “Azərsu” ASC-nin “Sudan səmərəli istifadənin metodları” adlı layihəsi üzrə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini Rəşail İsmayılovun təqdimatında “Qarabağın su ehtiyatlarının hesablama metodları” adlı təlimdə iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Samirə Novruzova, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müəllimləri Ələkbər Mirzəyev, Günay Hüseynova və tələbələrin iştirak etdikləri təlimin keçirilməsində məqsəd sudan səmərəli istifadənin metodları, su haqqında elmi biliklərin artırılmasına töhfə vermək və cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir.
İştirakçılar, eyni zamanda, “Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi”nə ekskursiya ediblər.