Logo

Dövlət İmtahan Mərkəzinin Apelyasiya Komissiyasına 2790 ərizə daxil olub

05.04.2022 17:20 409 baxış
IMG

5-6 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı dünəndən başlayan apelyasiya müraciətləri davam edir. Bu gün günorta saatlarına olan məlumata görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Apelyasiya Komissiyasına 2790 ərizə daxil olub.

Müraciətlərin qəbulu üçün son tarix aprelin 6-dır. 

DİM-dən bildiriıib ki, göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Xəbər lenti