Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun Dövlət İdarəçilik Akademiyasının və ADA Universitetinin TGT İntellektual Oyunlar Klubları ilə birgə əməkdaşlığı çərçivəsində 2 turdan ibarət olan “Breyn rinq” adlı intellektual yarışın (liqanın) ilk turu keçirilib.
Tehsil.biz xəbər verir ki, Akademiyanın tələbələri arasında təşkil edilən, gənclərin intellektual bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı məqsədini daşıyan yarışda ümumilikdə 16 komanda iştirak edib.
Gərgin və maraqlı keçən mübarizənin sonunda İntellectus, Renessans, Dynamic və Punch komandaları yüksək nəticə göstərərək yarışın final turuna vəsiqə qazanıblar.