Logo

ADAU-nun əməkdaşı Varşava Təbiət Elmləri Universitetində seminar söyləyib

04.04.2022 19:22 561 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Bitki mühafizəsi kafedrasının dosenti Vüsal Məmmədov Polşa Respublikasının paytaxtı Varşava şəhərində yerləşən Varşava Təbiət Elmləri Universitetində olub.

Tehsil.biz xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində reallaşan beş günlük layihədə V. Məmmədov tələbələr dörd mövzu üzrə ingilis dilində seminar keçib, onları maraqlandıran sualları cavablandırıb.

Səfər çərçivəsində ADAU-nun əməkdaşı Varşava Təbiət Elmləri Universitetinin maddi-texniki bazası ilə tanış olub.

Xəbər lenti