Logo

BDU-da “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib

04.04.2022 17:42 314 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasıın (ETL) təşəbbüsü ilə “Çexiyada türk dillərinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı məruzə edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova türkologiyanın tarixindən söz açıb, çex türkoloqlarının fəaliyyəti haqqında məlumat verib.  Bildirib ki, Çexiyada türk dillərinin öyrənilməsinə, ümumən, türkologiyaya xüsusi maraq göstərilib, ötən yüzillikdə isə bu maraq daha da artıb. Bu elm sahəsinə diqqətin artması isə Çexiyada çoxsaylı araşdırmaların aparılmasına geniş meydan açıb. Son dövrlərdə həmin ölkədə türkoloji mərkəzlərin fəaliyyətinin genişlənməsi və türkologiyaya marağın çoxalması bu mövzunu aktuallaşdırır. Bu baxımdan seminarın məqsədi türk dillərinin öyrənilməsində mühüm xidmətləri olmuş çex türkoloqları və Çexiyadakı əsas türkoloji mərkəzlər haqqında məlumatlar toplamaq, türkoloji dilçiliyin nəzəri məsələləri və müasir problemleri haqqında çex türkoloqlarının tədqiqatlarını təhlil etməkdir.

Sonra dekan müavini Mehriban Əlizadə, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in müdiri Nəzakət Hüseynova, “Türkoloji araşdırmalar” ETL-in əməkdaşları – Ramil Bayramov və Pərvin Eyvazov mövzu ilə bağlı çıxışlar ediblər.

Çıxışlarda seminarın mövzusunun aktuallığından, çex-Azərbaycan ədəbi əlaqələrindən danışılıb, laboratoriyalararası elmi əməkdaşlığın prioritetləri, türkologiyanın aktual problemlərinə diqqət ayırmağın vacibliyi diqqətə çatdırılıb.

Xəbər lenti