Logo

BMU-nun tələbələri UNESCO-nun dəstəyi ilə icra olunan layihə çərçivəsində təlimlərdə iştirak edib

04.04.2022 15:31 303 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri UNESCO-nun dəstəyi ilə Azərbaycan Texniki Universitetinin (AzTU) icra etdiyi “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsi çərçivəsində təşkil olunan təlimləri uğurla başa vurublar.

Tehsil.biz xəbər verir ki, təlimlərə BMU Texnoparkının və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə ali təhsil ocağının 17 tələbəsi  qatılıb və yüksək fəallıq nümayiş etdiriblər.

BMU ilə yanaşı, AzTU, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin qız tələbələrinin cəlb olunduğu təlim STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat), elektronika, layihələndirmə və proqramlaşdırma, mühəndislik dizaynı, Python (proqramlaşdırma dili) və mühəndislikdə qadınların iştirakının təşviqi mövzularını əhatə edib.

Bir həftə davam edən təlim proqramını müvəffəqiyyətlə bitirən hər bir tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

Məlumat üçün bildirək ki, bu tələbələrin BMU Texnoparkında əlavə təlimlərə cəlb  olunması nəzərdə tutulur. Bununla onlar nəzəri biliklərini təcrübədə tətbiq edərək özlərinin qrup formasında layihələrini hazırlamaq və “Enactus BEU” komandası vasitəsilə “Enactus Azerbaijan”, həmçinin “Enactus Global” yarışlarına təqdim etmək imkanları qazanacaqlar.

Xəbər lenti