Logo

BANM-in rektoru qazaxıstanlı tələbələrlə görüşdü

04.04.2022 14:53 329 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazaxıstanın Qazax Britaniya Texniki Universiteti (KBTU) ilə əməkdaşlıq çərçivəsində mübadilə proqramında iştirak edərək BANM-də təhsil alan tələbələrlə görüşüb.

Tehsil.biz xəbər verir ki, tələbələrin hər biri ilə tanış olan rektor onların dərsləri, buradakı şəraitləri ilə maraqlanıb, təkliflərini dinləyib.

Bakı Ali Neft Məktəbində tədrisin yüksək səviyyədə həyata keçirildiyini vurğulayan xarici tələbələr buradakı şəraitdən razılıqlarını bildirib və səmimi görüşə görə rektor Elmar Qasımova təşəkkür ediblər.

Görüşdən sonra rektor tələbə yeməkxanasında tələbələrlə birgə nahar edib.

Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yaz semestri ərzində BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində Qazax Britaniya Texniki Universitetinin 11 tələbəsi təhsil alır. Qazaxıstandan olan tələbələrin 8-i V, 3-ü IV kursda oxuyur.

Xəbər lenti