Logo

VI qrant müsabiqəsinə 1101 layihə təqdim edilib

04.04.2022 14:38 599 baxış
IMG

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsinə layihələrin qəbulu başa çatıb.

Tehsil.biz xəbər verir ki, 45 gün müddətində müsabiqənin rəsmi internet səhifəsi (www.grants.edu.az) üzərindən “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 256, “Fərdi layihələr kateqoriyası” üzrə 845 olmaqla, ümumilikdə 1101 layihə təklifi daxil olub. Bu il daxil olan layihələrin sayı indiyədək keçirilən qrant müsabiqələri içərisində müşahidə edilən ən yüksək göstəricidir.

Müsabiqəyə təqdim edilən bütün layihələr qiymətləndirildikdən sonra müraciətçilərin şəxsi kabinetlərinə müvafiq məlumatlar göndəriləcək.

Xəbər lenti