Logo

BDU-da ətraf mühit promutagenlərinin qiymətləndirilməsinə dair elmi seminar keçiriləcək

04.04.2022 14:02 453 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində aprelin 5-də “Ətraf mühit promutagenləri: qiymətləndirilməsi və idarə edilməsi” mövzusunda elmi seminar keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Qeyd edilib ki, seminarda Genetika kafedrasının dosenti Nəzakət Hüseynova və doktorant Ləman Rəsulovanın mövzu üzrə məruzələri dinləniləcək.

Sonra müzakirələr aparılacaq.

Xəbər lenti