Logo

Damı uçan məktəbdə tədris dayandırılıb

04.04.2022 13:09 874 baxış
IMG

Təhlükəsizlik tədbirdləri ilə əlaqədar olaraq Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə tədris dayandırılıb.

Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən dərslərin başlama tarixi barədə qərar veriləcək.

Buraxılmış proqram materiallarının tədrisi isə əlavə dərs saatları və onlayn dərslər hesabına təmin ediləcək.

Xəbər lenti