Logo

BSU-nun tələbələri Xalq yazıçısı Çingiz Abdullayevlə keçirilən görüşdə iştirak ediblər

04.04.2022 12:35 297 baxış
IMG

Sabunçu Rayon Gənclər Evində məşhur detektiv yazıçı, nasir, publisist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin tələbələri də iştirak ediblər.

Görüş zamanı dünya ədəbiyyatında detektiv janrının rolundan danışılıb, eyni zamanda Çingiz Abdullayevin əsərlərindən sitatlar gətirilib.

Həmçinin görkəmli yazıçının detektiv əsərlər müəllifi kimi sənətkarlıq xüsusiyyətlərindən, bütünlükdə yaradıcılıq yolundan geniş bəhs edilib, əsərlərinin böyük tirajla müxtəlif xarici dillərdə çap olunmasından və müasir ədəbi prosesdə tutduğu mövqedən söhbət açılıb.

Sonda tələbələrin sualları yazıçı tərəfindən cavablandırılıb və xatirə şəkli çəkdirilib.

Xəbər lenti