Logo

Güclü külək iki məktəbin damını uçurub

04.04.2022 11:49 948 baxış
IMG

Abşeron rayonunun Xırdalan şəhərində güclü külək fəsad törədib.

Tehsil.biz xəbər verir ki, külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Həmçinin Suraxanı rayonu 278 saylı tam orta məktəbin də damı uçub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisəyə güclü külək səbəb olub.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir. 

Xəbər lenti