Logo

Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib

04.04.2022 11:10 487 baxış
IMG

Aprelin 3-də ümumtəhsil məktəblərinin  6-7-ci sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində 25000-ə yaxın şagird iştirak edib.

Şagirdlər 11 aprel tarixindən etibarən 2 mərhələdən ibarət olan fənn müsabiqələrinin nəticələrini www.portal.edu.azwww.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Xəbər lenti