Logo

DİM DSX-nin xüsusi məktəbinə qəbul olmaq istəyənlərə müraciət edib

04.04.2022 09:47 525 baxış
IMG

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 10-da keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məktəbə qəbul olmaq istəyən şagirdlərə və onların valideynlərinə etdiyi müraciətində qeyd olunub.

Bildirilib ki, şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni DİM-in internet saytından çap edə bilərlər.

Bəyannamə “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imtahan günü şagirdin valideyni (qanuni nümayəndəsi) tərəfindən imzalanır.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini;

- tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir);

- imtahana buraxılış vәrәqәsini;

- sağlamlıq haqqında bәyannamәni.

Xəbər lenti