Logo

Rektor Elçin Babayevin ad günüdür

04.04.2022 09:01 465 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Elçin Səfəralı oğlu Babayev 4 aprel 1965-ci ildə Naxçıvanda doğulub. 1996-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998-1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996-1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında, 1995-2009-cu illərdə 289 nömrəli məktəb – “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda və Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyət göstərib.

E.Babayev 2005-ci il sentyabr ayında "Tərəqqi" medalı ilə təl­tif edil­miş­, 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.

"TEHSİL.BİZ" adından Elçin Babayevi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayırıq.

Xəbər lenti