Logo

Xəzər Universitetinin tələbəsi beynəlxalq tədqiqat qrantı qazanıb

03.04.2022 10:54 383 baxış
IMG

Xəzər Universiteti Təhsil departamentinin magistrantı Röyal Mahmudov Cənubi Qafqazın Amerika Tədqiqat İnstitutu (American Research İnstitute of the South Caucasus - ARISC) tərəfindən elan olunmuş tədqiqat qrantını qazanıb.

Tehsil.biz xəbər verir ki, R.Mahmudov 6 ay davam edəcək və ARISC tərəfindən maliyələşdiriləcək araşdırmasında Azərbaycanda universitet tələbələrinin qarşılaşdıqları problemləri öyrənməyə çalışacaq. 

Təhsil departamentinin koordinatoru Cavid Cəfərovun elmi rəhbəri olduğu layihənin nəticələri həm ARISC-in internet səhifəsində yerləşdiriləcək, həm də beynəlxalq jurnalda dərc olunacaq.

Röyal Mahmudov 2022-ci il üçün Azərbaycandan bu layihəni qazanan yeganə tələbədir.

Xəbər lenti