Logo

Torpağı sonsuz göy üzü olan pilot - VİDEO

03.04.2022 10:02 683 baxış
IMG

Həyat ziddiyyətlərlə doludur. Bəzən sürdüyün ömür yolunda hər şey arzuladığın kimi olmur.

Tale elə rast gətirir ki, ömrün istəklərinin əksi üzərində qurulur və bir zamanlar sinifdə sənə yoldaş olan biri, həyatına yoldaş olur.

Eynən Aprel döyüşləri şəhidi, pilot mayor Urfan Vəlizadə kimi....

Hərbçinin, könlü daim vətən səmasında olanın həyatında yoldaş olmaq çətin və məsuliyyətlidir.

Keçək əsas mətləbə. Pilot Urfan Vəlizadə orta təhsili bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olub. Beş illik təhsildən sonra 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb.

Bu onun uşaqlıq arzusu olub. Vətən sevgisi sonradan onun mükəmməl pilot olmasına siraət edib. O ki qaldı 2016-cı ildə başlayan aprel döyüşlərindəki iştirakına...

Şəhid mayor Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhadətə ucalaraq adını vətən göylərinə yazdırıb. Könül xanım isə bu xəbəri öz anasının ad günündə bilib.

Şəhid Urfan Vəlizadənin vətənə 14 və 7 yaşında Zəhra və Betül adında iki övladı yadigar qalıb. Onların biri həkim, digəri isə vəkil olmaq istəyir.

Mayor Urfan Vəlizadə 2016-cı ilin aprelin 2-də baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopterinin düşmən tərəfindən vurulması nəticəsində Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. (Real TV)

Xəbər lenti