Logo

İqtisadiyyat və Humanitar kollecinin tələbələri BDU-nun Heydər Əliyev muzeyini ziyarət ediblər

03.04.2022 09:01 770 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin tələbələri  BDU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Heydər Əliyev muzeyinin direktoru Zəkiyyə Kərimova və muzeyin mütəxəssisi Afət Seyidzadə tələbələrə muzey haqqında ətraflı məlumat verib.

Bildirilib ki, muzeydə BDU-nun dünya şöhrətli məzunu və fəxri doktoru olan Ümummilli lider Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən sənədlər nümayiş olunur.

Kollecin tələbələri Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə yanaşı, mənalı ömrünün müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, sənədlər, böyük şəxsiyyət haqqında Universitet alimlərinin yazdığı kitablarla tanış olublar.

Tələbələr daha sonra Heydər Əliyev lektoriyası, Genetika və təkamül muzeyi, BDU-nun akt zalı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, Tələbə Gənclər Təşkilatını ziyarət edib, Universitetin həyətyanı sahəsində yerləşən futbol meydançası ilə tanış olublar.

Xəbər lenti