Logo

UFAZ və Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

02.04.2022 18:13 647 baxış
IMG

Aprelin 1-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Kənd Təsərrüfatı nazirlyinin Aparat rəhbərinin müavini və Elm, Təhsil və İnsan resursları şöbəsinin müdiri Elvin Paşayev və Elm, Təhsil və İnsan Resursları departamentinin şöbə müdirinin müavini və Təhsil sektorunun müdiri Emin Əliyev ilə görüş olub.

Əvvəlcə qonaqlara UFAZ-ın tədris binası və buradakı tədris prosesi barədə məlumat verilib.

Görüşdə iştirak edən UFAZ-ın İcraçı katibi Vazeh Əskərov, Baş katib Elizaveta Bydanova, Tədris departamentinin rəhbəri Lətifə Nəsibova və Fiziki kimya və Kimya mühəndisliyi ixtisasının proqram meneceri Frederic Melin kimya mühəndisliyi ixtisası barədə ətraflı danışıb və UFAZ tələbə və məzunlarının Kənd Təsərrüfatı nazirliyinin tabeliyində olan müxtəlif kimya laboratoriyaları və tədqiqat mərkəzlərində #təcrübə imkanları barədə fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı, həmçinin, UFAZ və Nazirlik arasında aqrar, kimya, data elmləri və hidrogeologiya sahəsində mümkün əməkdaşlıq imkanlarına toxunulub. 

Xəbər lenti