Logo

BDU Pakistanın Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

02.04.2022 14:31 590 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Pakistanın Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə BDU-dan məlumat verilib.

Bildirilib ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universitetinin rektoru Qamar-uz-Zaman imzalayıblar.

Anlaşma memorandumunda iki universitet arasında birgə elmi araşdırmaların və mübadilə proqramlarının təşkil edilməsi nəzərdə tutulur.
1994-cü ildə universitet statusu almış Pakistanın Pir Mehr Əli Şah Arid Kənd Təsərrüfatı Universitetində 10 mindən çox tələbə təhsil alır.

Universitet Pakistan ali təhsil məktəbləri arasında 8-ci, THE (Times Higher Education) dünya universitetləri reytinqində isə 1201+ pilləsində yer tutur.

Xəbər lenti