Logo

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

02.04.2022 13:59 452 baxış
IMG

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların və I-Vlll və X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi aktiv edilməyib. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddətin qaldığı nəzərə alınaraq martın 15-də IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılıb.

Xəbər lenti