Logo

Sabah respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək

02.04.2022 12:45 805 baxış
IMG

Aprelin 3-də ümumi təhsil müəssisələrinin VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən bildirilib ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək.

Qeyd edək ki, fənn müsabiqələrində iştirak etmək üçün 25 minə yaxın şagird qeydiyyatdan keçib.

Xəbər lenti