Logo

AƏSMA-da 31 Mart soyqırımının 104-cü ilinə həsr olunmuş anım tədbiri keçirilib

01.04.2022 17:46 404 baxış
IMG

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı”nın 104-cü ilinə həsr olunmuş anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini giriş sözü ilə Akademiyanın rektoru, professor Hüseyn Qaraşov açıb. Rektor bildirib ki, xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamlar da vardır. 1918-ci ilin mart - aprel aylarında  Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir.

Daha sonra prorektor, professor Fərhad Möhbalıyev 31 Mart tarixinin Azərbaycan tarixinin ən qanlı səhifəsi adlandıraraq, ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə və hərbi cinayət törədiklərini qeyd edib.

Çıxışlarda tar.f.d. Vahid İsmayılov və İman Abduyev 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası haqqında məlumat verib, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolu vurğulanıb. Qeyd olunub ki, anım tədbirləri tariximizdə baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olaraq dəyərləndirilməlidir.

Tədbir videoçarxın nümayişi ilə yekunlaşıb.

Xəbər lenti