Logo

Buraxılış imtahanında maksimum balı onlar topladı

01.04.2022 16:57 825 baxış
IMG

5 və 6 mart tarixlərində keçirilmiş buraxılış imtahanında 2 nəfər - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu maksimal olan 300 bal toplayıb.

Tehsil biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.

Xəbər lenti