Logo

ASAPES doktorant və dissertantları üçün təlim keçirilib

01.04.2022 14:10 372 baxış
IMG

Martın 31-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) doktorant və dissertantlar üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AzKİK) beynəlxalq http://xn--eifl-rwc.net/ təşkilatının ölkə koordinatoru İltifat İbrahimov “Akademik jurnallarda məqalə nəşrlərinə dəstək” mövzusunda təlim keçirib.

Tehsil.biz xəbər verir ki, tədbirin əvvəlində Doktorantura şöbəsinin müdir əvəzi m.e.d. Nailə Kələntərli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının doktorant və dissertantların beynəlxalq indeksli elmi jurnallarda məqalə nəşri ilə bağlı tələbini tədqiqatçılara xatırladıb və məsələnin zəruriliyini vurğulayıb.

Təlimdə pedaqogika, tibb və biologiya elmi istiqamətləri üzrə nümunələr əsasında http://xn--eifl-rwc.net/ Konsorsiumunun məqalə nəşrlərinə dəstəyi, mövzu üzrə akademik jurnalların müəyyənləşdirilməsi, endirimli və ödənişsiz impakt faktorlu jurnalların tapılması, məqalə çapı üçün ümumi müraciət qaydaları və qəbul tələbləri haqqında diskussiya şəklində informasiya mübadiləsi aparılıb.

Təlimin sonunda tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb və yaradılan şəraitə görə Akademiya rəhbərliyinə minnətdarlıq edilib.

Xəbər lenti