Logo

Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlərə başlanılıb

01.04.2022 12:35 288 baxış
IMG

Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlərə start verib.

İnstitutdan bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır. Təlimlərdə spiker qismində institutun əməkdaşları çıxış edirlər.

Sonda təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.

Təlimlər 4 həftə davam edəcək.

Xəbər lenti