Logo

Bakı Ali Neft Məktəbinin tələbələri qalib oldular

01.04.2022 11:12 315 baxış
IMG

"ChemBowl" yarışmasının Bakı Ali Neft Məktəbi (BANM) üzrə qalibi müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, Neftçi Mühəndisləri Cəmiyyətinin Bakı Ali Neft Məktəbi bölməsinin (SPE BHOS) təşkil etdiyi "ChemBowl" yarışması tələbələrin bilik və bacarıqlarının artırılması, eləcə də gənclər arasında əlaqələrin inkişafı məqsədi daşıyır. 

"ChemBowl" yarışması iki mərhələdən - seçim və final turlarından ibarət olub. Azərbaycanın ali təhsil ocaqlarının tələbələrindən ibarət 11 komandanın iştirak etdiyi yarışmanın seçim turunda 8 komanda fərqlənərək final mərhələsinə yüksəlib. BANM-in Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbələrindən ibarət olan "Ortalıq uşaqları" komandası ən yüksək nəticə göstərərək I yeri qazanıb. 

Azərbaycan Fransız Universitetini təmsil edən "Lab Fossorials" və BANM-in Kimya mühəndisliyi ixtisasının 2-ci kurs tələbələrindən ibarət "Rearside Attack" komandaları uyğun olaraq II və III yerləri bölüşüblər. Yarışmanın qalibləri kubok və sertifikatlar ilə mükafatlandırılıblar.

Xəbər lenti