Logo

BDU-da “Türk dünyasının aktual ədəbi problemləri” mövzusunda ustad dərsi keçirilib

01.04.2022 09:27 723 baxış
IMG

Martın 30-da Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkologiya kafedrasının təşəbbüsü ilə “Türk dünyasının aktual ədəbi problemləri” mövzusunda ustad dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, mövzu ilə bağlı məruzə edən Türkologiya kafedrasının professoru Ramiz Əskər türk ədəbi dünyagörüşünün inkişaf tarixi, türk dünyasının böyük ədəbi şəxsiyyətlərinin yaradıcılığı haqqında ətraflı məlumat verib.

Bildirib ki, ortaq imla və əlifba problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyədək bu problem bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olub.

Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib.

Xəbər lenti