Logo

ADPU Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib

31.03.2022 23:36 1042 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açıq elan edan rektor Cəfər Cəfərov ermənilərin “Böyük Ermənistan” xülyası uğrunda Azərbaycan xalqının başına tarixin müxtəlif dövrlərində müsibətlər, faciələr gətirdiyini qeyd edərək 31 Mart soyqırımının da bu sıralarda olduğunu vurğulayıb.

Rektor eyni zamanda müasir gəncliyin vətənpərvər ruhda yetişdirilməsinə diqqət çəkərək çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən böyük qələbədən bəhs edib.

Tədbirin gedişində Milli Məclisin deputatı Ceyhun Məmmədov, ADPU TEC-in sədri Əli Zalov, dosent Mübariz Ağalarlı, baş müəllim Cəfər Xanəliyev və magistrant Əlikram Xankişiyev mövzu ətrafında çıxış edərək Azərbaycan gəncliyinin xalqımıza qarşı mənfur düşmənlərimiz tərəfindən törədilən faciə və soyqırımları heç vaxt unutmaması və bu tarixin dərindən öyrənməsinin  böyük əhəmiyyəti olduğunu vurğulayıblar.

Xəbər lenti