Logo

AzTU-da Elm Gününə həsr olunan seminar keçirilib

31.03.2022 21:30 469 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) Elm Gününə həsr olunan seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, əvvəlcə AzTU-nun Tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımov elmi-tədqiqat işləri və beynəlxalq indeksli elmi jurnallara təqdim olunan məqalələrlə bağlı kafedraların hesabatını təqdim edib.

Daha sonra rektorun elmi-tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov çıxış edib. Fariz Məmmədov AzTU-nun üzv qəbul olunduğu CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi haqqında ətraflı məlumat verib. O, həmçinin CDIO-ya üzvlüyün tədrisin, elmi-tədqiqat işlərinin və universitet-sənaye işbirliyinin inkişafına verəcəyi töhfələr barədə geniş təqdimatla çıxış edib.

Seminarın sonunda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev kafedraların iş prinsipi ilə bağlı mövcud problemlər və həlli yollarından danışıb. Rektor tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.

Sonda suallar cavablandırılıb.

Xəbər lenti